Lionel Messinin ilk yarıda rəqib futbolçu Qari Medellə birlikdə meydandan qovulduğu görüş argentinalıların qələbəsiylə yekunlaşıb. Beləcə, Argentina yığması Amerika Kubokunun bürünc medallarına sahib çıxıb.

Futbol üzrə Amerika Kuboku başa çatmaq üzrədi. Matc.az xəbər verir ki, bu gün 3-cü yer uğrunda oyun keçirilib.
 
Bürünc medallar uğrunda qarşılaşmada yarımfinalda məğlubiyyətlə üzləşmiş Argentina və çili yığmaları üz-üzə gəlib. 
 
Lionel Messinin ilk yarıda rəqib futbolçu Qari Medellə birlikdə meydandan qovulduğu görüş argentinalıların qələbəsiylə yekunlaşıb. Beləcə, Argentina yığması Amerika Kubokunun bürünc medallarına sahib çıxıb.
 
İyulun 7-dən 8-nə keçən gecə, saat 00:00-da isə Braziliya və Peru yığmaları finalda üz-üzə gələcək.
 
Amerika Kuboku
3-cü yer uğrunda oyun
6 iyul
 
Argentina – çili 2:1
Qol: Aquero, 12. Dibala, 22 – Vidal, 59-pen.
Qırmızı vərəqə: Messi, 37 – Medel, 37.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest