"Neftçi" futbolçusu Namiq Ələsgərovla 2019/20 mövsümünün sonunda bitməli olan müqavilənin müddətini artırıb. Matc.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
 
Yeni anlaşmaya görə, 24 yaşlı yarımmüdafiəçi 2020/21 mövsümünün sonunadək bu komandanın formasını geyinəcək.
 
Qeyd edək ki, Namiq Ələsgərov 2016-2019-cu illər ərzində "Neftçi"nin heyətində 70 oyuna çıxıb, 12 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest