Futbol üzrə Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinə start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
 
öncə Mərakeş və Benin yığmaları qarşılaşıb. Matçın əsas vaxtında qalib müəyyənləşməyib. 1/4 finalçının adına penalti seriyasında aydınlıq gəlib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Benin yığması növbəti mərhələyə vəsiqə qazanıb.
 
Günün digər oyunu Uqanda və Seneqal yığmaları arasında baş tutub. Seneqal futbolçuları minimal hesabla qalib gələrək, 1/4 finala vəsiqə əldə ediblər.
 
Afrika Millətlər Kuboku
1/8 final
5 iyul
 
Mərakeş – Benin 1:1 (penaltilər 1:4)
Qol: En-Nesiri, 76 – Adilehu, 53.
 
Uqanda – Seneqal 0:1
Qol: Mane, 15.
 
6 iyul
 
20:00. Nigeriya - Kamerun
23:00. Misir - CAR
 
7 iyul
 
20:00. Madaqaskar - Konqo
23:00. Əlcəzair - Qvineya
 
8 iyul
 
20:00. Mali – Fil Dişi Sahili
23:00. Qana - Tunis

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest