"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov bu gün "Keşlə"yə qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Matc.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:
 
"Mövsümə hazırlıq toplanışımızda ilk oyunumuz olduğundan nisbətən çətinlik yaşadıq. çünki futbolçularımız hələ tam formada deyillər. Yüklənməni yavaş-yavaş artırırıq. Bu qarşılaşmada iki müxtəlif heyətlə oynadıq. Futbolçulara fərqli tapşırıqlar vermişdik. Nəticədən asılı olmayaraq, futbolçulardan razı qaldım".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest