Türkiyənin "Beşiktaş" klubu kanadalı hücumçusu Kayl Larinlə yollarını ayırıb. Matc.az xəbər verir ki, İstanbul təmsilçisi 24 yaşlı futbolçunu Belçikanın "Sulte Varegem" klubuna icarəyə göndərib. 
 
Bu barədə "qara qartallar"ın rəsmi saytı məlumat yayıb. Larin Belçika təmsilçisinə 1 illik icarəyə verilib. Amma mövsümün sonunda sözügedən klub 2,5 milyon avro ödəməklə kanadalı forvardın transfer hüququna da yiyələnmək şansına malikdi.
 
Larin "Beşiktaş"da 2018-ci ilin yanvar ayından forma geyinirdi. Kanada millisinin forvardı daha öncə "Siqma" və "Orlando Siti"də də forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest