"Neftçi"nin yeni bazasında tikinti işləri başlayıb. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "Türk Hava Yolları Futbol Mərkəzi" adlanan bazada 6 mərtəbədən ibarət inzibati bina, beynəlxalq standartlara cavab verən süni meydança, həmçinin "Neftçi" Futbol Akademiyasına məxsus 3 mərtəbəli yataqxana olacaq.

Bazada olan üstüqapalı meydançanın yeri dəyişdiriləcək. Həmin meydançanın yerində 1000 nəfərlik azarkeş tutumuna və işıq projektoruna malik süni meydança tikiləcək. Bu meydança "Neftçi-2", "Neftçi" Futbol Akademiyası komandalarının oyunları və məşqləri üçün nəzərdə tutulub. "Türk Hava Yolları Futbol Mərkəzi"ndə həkimlər, hakimlər və paltardəyişmə üçün otaqlar, eləcə də trenajor zalı tikiləcək. Bundan əlavə, əsas komandanın məşq meydançası üçün işıq projektoru quraşdırılacaq.

Yeni bazanın 2019-cu ilin ortalarında istifadəyə verilməsi planlaşdırılır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest