"Azərbaycan millisi ilə qarşılaşma çox çətin keçdi. çünki hər iki komanda üçün matçın dəyəri yüksək idi". Matç.az saytı xəbər verir ki, bu sözləri 17 yaşadək futbolçulardan ibarət çexiya millisinin baş məşqçisi Vatslav Kotal deyib.

O, AVRO-2019-un seçmə mərhələsinin Azərbaycanla oyunu barədə fikirlərini açıqlayıb. 2:0 hesablı qələbəyə şərh verən mütəxəssis yığmamızın seçdiyi taktikadan təəccübünü gizlətməyib: "Biz ikinci qələbə ilə növbəti mərhələyə vəsiqəni təmin etməliydik. Azərbaycan millisinin taktikası məni təəccübləndirdi. Onlar bütün oyunu meydanın özlərinə aid hissəsində müdafiə olunur, bizim səhvlərimizi gözləyirdilər. Belə səhvlər gənclərin yarışında çox olur. Xoşbəxtlikdən komandamız xətaya yol vermədi. 90 dəqiqəni böyük səhv etmədən keçirdik. Layiq olduğumuz qələbəni və elit-raunda vəsiqəni qazandıq. Son tur yalnız qrupdakı yerimizə aydınlıq gətirəcək".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest