İspaniyanın "Atletiko" klubu daha bir futbolçunun transferini tamamlayıb. Matc.az xəbər verir ki, son olaraq Portuqaliyanın "Portu" klubunda çıxış edən Hektor Herrera da Madrid təmsilçisinə keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
29 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Meksika millisinin üzvü "Atletiko"ya azad agent kimi keçib.
 
6 il idi Portuqaliya klubunun şərəfini qoruyan Herrera ötən mövsüm "Portu"nun heyətində 53 oyuna 9 qol vurub.
 
"Atletiko" ötən gün "Portu"nun müdafiəçisi Felipeni də transfer etdiyini açıqlamışdı. Bütövlükdə isə Madrid klubu bu yay "Benfika"dan Joao Feliksi, "Atletiko Paranaense"dən Renan Lodini, "Real"dan Markos Lyorenteni də transfer edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest