İspaniyanın "Atletiko" klubunun futbolçusu Rodriqo Hernandes Madrid təmsilçisi ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.
 
Məlumatda 23 yaşlı yarımmüdafiəçinin karyerasını İngiltərə çempionu "Mançester Siti"də davam etdirəcəyi qeyd olunur. Artıq futbolçunun müqaviləsində qeyd olunan sərbəstqalma məbləği – 70 milyon avro "Atletiko"nun hesabına köçürülüb. Bu üzdən də Madrid təmsilçisi Rodriqonun qarşı tərəfə keçidinə razılıq verib.
 
Hernandes ötən mövsüm La Liqada 34 matçda 3 qol vurub, 1 qolun ötürməsini verib. Onun "Atletiko" ilə müqaviləsi 2023-cü ilin yayına qədər idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest