İspaniyanın "Sevilya" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, La Liqa təmsilçisi fransalı futbolçu Jul Kundeni transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Bordo"dan transfer olunan 20 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
 
"Sevilya" gənc futbolçunun keçidi qarşılığında Fransa klubuna 25 milyon avro təzminat ödəyəcək. Bu isə klub tarixində yeni rekorddu. İspaniya klubunun əvvəlki rekordu ötən mövsümün əvvəlində 24,5 milyon avroya transfer edilən Luis Murielə məxsus idi.
 
Sözügedən klub bu yay daha öncə Dieqo Karlos, Munas Dabbur, Joan Jordan və Luk de Yonqu transfer etmişdi.
 
"Bordo"nun yetirməsi olan Kunde, 2017/18 mövsümündən etibarən klubun əsas komandasında oynamağa başlayıb. O, bu komandanın heyətində son iki mövsümdə bütövlükdə 70 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest