İngiltərənin "Arsenal" klubu heyətinə yeni futbolçu cəlb edib. Matc.az xəbər verir ki, London təmsilçisi Braziliyanın "İtuano" klubunun hücumçusu Qabriel Martinellini transfer edib. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 18 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.  
 
Qeyd edək ki, Martinelli "Korintians"ın yetirməsidi. O, 2014-cü ildən formasını geyindiyi "İtuano"da geridə qalan mövsümdə 30 oyuna 6 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest