Həmçinin ən yaxşı qrup üçüncüsü olan 4 komanda - Konqo, Qvineya, CAR və Benin yığmaları da pley-off mərhələsində oynamaq hüququ qazanıb.

Futbol üzrə Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Matc.az xəbər verir ki, Misir, Madaqaskar, Əlcəzair, Mərakeş, Mali və Qana qrup lideri kimi 1/8 finala yüksəlibsə, Uqanda, Nigeriya, Seneqal, Fil Dişi Sahili, Tunis və Kamerun ikinci yerlə buna nail olub. Həmçinin ən yaxşı qrup üçüncüsü olan 4 komanda – Konqo, Qvineya, CAR və Benin yığmaları da pley-off mərhələsində oynamaq hüququ qazanıb.
 
Beləliklə, Afrika Millətlər Kubokunda 1/4 finala vəsiqə uğrunda aşağıdakı kollektivlər üz-üzə gələcəklər:
 
Afrika Millətlər Kuboku
 
5 iyul
 
Mərakeş – Benin
Uqanda – Seneqal
 
6 iyul
 
Nigeriya – Kamerun
Misir - CAR
 
7 iyul
 
Madaqaskar – Konqo
Əlcəzair - Qvineya
 
8 iyul
 
Mali – Fil Dişi Sahili
Qana - Tunis

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest