Rusiyanın "Dinamo" (Moskva) klubu Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin yenicə müqavilə imzaladığı paytaxt təmsilçisi çexiyanın "Sparta" (Praqa) klubu ilə üz-üzə gəlib.
 
İki qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib – 1:1. 34-cü dəqiqədə hesabı açan moskvalılar 59-cu dəqiqədə öz qapılarında da top görüblər.
 
Ramil də bu görüşün iştirakçısı olub. O, fasilədən 46-cı dəqiqədə meydana buraxılıb və bununla da ötən gün müqavilə imzaladığı "Dinamo"da debüt edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest