"Qarabağ" yay fasiləsində ikinci transferinə hazırlaşır. Matc.az xəbər verir ki, bir müddətdi Ağdam təmsilçisi ilə danışıq aparan "Ştutqart"ın müdafiəçisi Ailton Silva sabah klubun düşərgəsinə qoşulacaq. Braziliyalı futbolçu  tibbi müyinədən keçdikdən sonra müqaviləyə imza atacaq.

"Fluminense"nin yetirməsi olan Ailton daha əvvəl - 2015-2016 mövsümündə Azərbaycanda "Neftçi"nin (32 oyun, 3 qol) formasını geyinib. "Ağ-qaralar"dan ayrıldıqdan sonra Portuqaliyanın "Eştoril" (18 oyun) klubuna keçən müdafiəçi daha sonra Almaniya "Ştutqart"ına (5 oyun) transfer olunub.  2018-ci ilin yayında yenidən "Eştoril"ə icarəyə verilən futbolçu mövsümün ikinci yarısını isə Portuqaliya "Braqa"sında keçirib.

Xatırladaq ki, "Qarabağ" mövsümlərarası fasilədə ispaniyalı yarımmüdafiəçi Xayme Romeronu da heyətinə cəlb edib (qol.az).

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest