İspaniyanın "Alkorkon" klubunun yeni baş məşqçisi məlum olub. Matc.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Eddi İsrafilovun formasını geyindiyi Sequnda təmsilçisinin "sükan"ı Fran Fernandesə tapşırılıb. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 39 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.
 
Fernandes son olaraq "Almeriya"nı çalışdırıb. O, yeni komandasında Kristobal Parralyonu əvəz edib. 
 
İsrafilovun komandası geridə qalan mövsümü 52 xalla 22 kollektiv arasında 14-cü pillədə başa vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest