İngiltərənin "Tottenhem" klubu heyətini yeni futbolçuyla gücləndirib. Matc.az xəbər verir ki, London təmsilçisi "Lids" klubundan Cek Klarkı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 
 
18 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. "Tottenhem" Klarkı yenidən bir illiyinə "Lids" klubuna icarəyə verib.
 
Klark, "Tottenhem"in 2018-ci ilin yanvarından bu yana ilk transferidi. Sözügedən klub sonuncu dəfə 517 gün öncə heyətinə yeni futbolçu cəlb etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest