Türkiyə yığmasının yarımmüdafiəçisi Əmrə Belözoğlunun "Fənərbaxça"ya dönüşü rəsmiləşib. Matc.az xəbər verir ki, İstanbul nəhəngi 38 yaşlı orta sahə oyunçusu ilə anlaşdığını açıqlayıb.

Son dörd ili "Başakşəhər"də keçirən futbolçunun klubu ilə müqavilə müddəti başa çatdığından, onun keçidi "sarı-lacivərdlilər"ə havayı başa gəlib. O, köhnə-yeni komandası ilə 1 illik müqavilə imzalayıb.

Qarşıdakı mövsümü futbolçu kimi keçirdikdən sonra karyerasını bitirəcək Əmrə daha sonra "Fənərbaxça"da rəhbər vəzifədə çalışacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest