"Arsenal"ın yarımmüdafiəçisi Məsut özil karyerasını Türkiyədə davam etdirə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Fənərbaxça" Almaniya millisinin sabiq üzvünün keçidində maraqlıdı.

"Topçular"ın transferə çıxardığı ulduz futbolçu üçün "sarı-lacivərdlilər" qarşı tərəflə danışığa başlayıb. Həmçinin 30 yaşlı oyunçunun meneceri ilə də ilkin danışıq olub. "Fənər" ona illik 7 milyon avro maaş ödəməyə hazırdı.

Türkiyə klubu özillə birlikdə "Arsenal"ın müdafiəçisi Şkodran Mustafini də transfer etmək fikrindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest