17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Albaniyada xoşagəlməz yubiley yaşayıb. Matç.az saytı xəbər verir ki, Ramin Quliyevin yetirmələrinin çexiya ilə görüşdə aldığı 0:2 hesablı yenilgi millimizin tarixində Avropa çempionatlarının seçmə mərhələlərindəki 50-ci uğursuzluqdu.

100-ü yarılayan komandamız 1994-cü ildə debüt etdiyi və 25-ci dəfə qatıldığı turnirdə 84-cü oyununu keçirib. Lakin bu qədər qarşılaşma da məğlubiyyət sayında 50-yə çatmağa kifayət edib.

24 ildə hesabına 18 qələbə və 16 heç-heçə yazdıran futbolçularımız 69 qol vurubsa, öz qapısından 167-ni buraxıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest