Yeni mövsümə hazırlığını ölkə daxilində davam etdirən "Sabah" və "Zirə" yoxlama görüşündə üz-üzə gələcək. Matc.az saytı xəbər verir ki, paytaxt klubları iyulun 6-da üz-üzə gələcək.

Qarşılaşmanın məkanı və başlama saatı da artıq məlumdu. Belə ki, "Əlincə Arena"da keçiriləcək oyunun start fiti 18:30-da veriləcək.

Qeyd edək ki, "Zirə" iyulun 20-də, "Sabah" isə 23-də toplanışın ikinci mərhələsi üçün Türkiyəyə yollanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest