AFFA-nın "Qarabağ"ın yarımmüdafiəçisi Miçeli milliləşdirmək istəyi ilə bağlı İspaniya mətbuatında yayılan xəbərlər əsassızdı. Bunu matc.az saytına açıqlamasında qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Firuz Abdulla deyib.

O bildirib ki, assosiasiyanın ispaniyalı yarımmüdafiəçini milliləşdirmək niyyəti olmayıb və ona heç bir təklif edilməyib: "Əcnəbi futbolçunun milliləşdirilməsi üçün tələb olunan əsas şərtlərdən biri 5 il Azərbaycanda yaşamasıdı. Ancaq Miçel 2015-ci ildən ölkəmizdədi. Milliləşdirilmə məsələsində ilk növbədə baş məşqçi istəməli, ardından futbolçu buna razılıq verməlidi. Yalnız bundan sonra AFFA milliləşdirmə ilə bağlı hüquqi prosedurlara başlaya bilər. Amma baş məşqçi tərəfindən belə bir tələb olmayıb və futbolçu ilə heç bir danışıq aparılmayıb".

Qeyd edək ki, Miçel bu yay "Qarabağ"la yeni 2 illik müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest