Azərbaycan millisinin və "Krılya Sovetov"un hücumçusu Ramil Şeydayev klubunu dəyişir. Matc.az-ın "Sport-Express" nəşrinə istinadən məlumatına görə, gənc forvard Rusiya Premyer Liqasının digər təmsilçisi "Dinamo" ilə anlaşıb.

Tipik hücumçu axtarışında olan "Dinamo" namizədlər arasında üstünlüyü Şeydayevə verib. 23 yaşlı oyunçu Moskva klubunda tibbi müayinədən keçəcək. Bundan sonra tərəflər münasibətləri rəsmiləşdirəcək. O, moskvalılara havayı başa gələcək. çünki hücumçu azad agent statusuna malikdi.

Qeyd edək ki, Ramil Şeydayev ötən mövsüm "Krılya Sovetov"un heyətində Premyer Liqada keçirdiyi 18 oyunda 4 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest