"Qarabağ" Avstriya toplanışı çərçivəsində "Ludoqorets"ə (Bolqarıstan) uduzub (0:2), "Universitatya Krayova" (Rumıniya) ilə qolsuz bərabərə qalıb, "Ufa"ya isə qalib gəlib (2:1).

Azərbaycanı çempionlar Liqasında təmsil edəcək "Qarabağ" Avstriyada təlim-məşq toplanışını davam etdirir. Matc.az saytının məlumatına görə, Ağdam təmsilçisinin bu ölkədə keçirəcəyi son yoxlama görüşünün vaxtı müəyyənləşib.

Baş məşqçi Qurban Qurbanov iyulun 2-də "Viktoriya" ilə qarşılaşmada yetirmələrini sınayacaq. çexiya klubu ilə görüş Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Qeyd edək ki, "Qarabağ" Avstriya toplanışı çərçivəsində "Ludoqorets"ə (Bolqarıstan) uduzub (0:2), "Universitatya Krayova" (Rumıniya) ilə qolsuz bərabərə qalıb, "Ufa"ya isə qalib gəlib (2:1).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest