"Aleksandriya" Hollandiyadakı təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi komanda yerli "Alkmaar"la qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:0.
Paşayev əvvəlki yoxlama oyunlarından fərqli, bu matçın iştirakçısı olmayıb.