KONKAKAF Qızıl kuboku yarışında mübarizə davam edir. Matc.az saytının məlumatına görə, 1/4 final mərhələsinə start verilib.

"Qarabağ"ın müdafiəçisi Vild-Donald Geryenin şərəfini qoruduğu Haiti bu mərhələdə Kanada ilə qarşılaşıb. İlk hissədə kanadalılar 2 top fərqi ilə önə keçsə də, Haiti geridönüş etməyi bacarıb. Komandaya qələbə gətirən qola isə məhz Gerye imza atıb.

Digər cütlükdə Meksika Kosta-Rikanı penaltilər seriyası ilə üstələyib. Haiti ilə Meksika yarımfinalda üz-üzə gələcək.

 

KONKAKAF Qızıl kuboku

1/4 final

Haiti - Kanada - 3:2

Nazon, 50; Bazile, 70 (pen.); Gerye, 76 - David, 18; Kavallini, 28

Meksika - Kosta-Rika - 1:1

Ximenes, 44 - Ruiz, 52 (pen.)

Penaltilərlə - 5:4

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest