Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Krılya Sovetov" Sloveniya toplanışı çərçivəsində ilk yoxlama görüşünü keçirib. Matc.az saytının məlumatına görə, Samara təmsilçisi çexiya klubu "Banik"lə üz-üzə gəlib.

"Rudersdorf" stadionunda baş tutan qarşılaşma çexiyalıların qələbəsi ilə nəticələnib. Yeganə qola 84-cü dəqiqədə Diop imza atıb. Görüşə ehtiyatdan başlayan Şeydayev 30-cu dəqiqədə mübarizəyə qoşulub.

Qeyd edək ki, "Krılya Sovetov" bu gün axşam saatlarında növbəti yoxlama görüşünü keçirəcək. Budəfəki rəqib Xorvatiya "Hayduk"u olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest