"Mançester Yunayted" "Kristal Pelas"ın müdafiəçisi Aron Van-Bisska ilə münasibətləri rəsmiləşdirib. Matc.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, 21 yaşlı sağ cinah oyunçusu yeni komandası ilə 5 illik müqavilə bağlayıb. Sözləşmədə müddətin daha 1 il artırılması maddəsi də yer alıb. Bu keçid "Kristal Pelas"a 50 milyon funt-sterlinq qazandırıb.

Qeyd edək ki, Konqo DR əsilli Aron Van-Bisska ötən mövsüm Premyer Liqada 35 matçda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest