PSJ müdafiə xətti ilə bağlı fikrini dəyişib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Paris təmsilçisi diqqətini "Yuventus"lu Leonardo Bonuççiyə yönəldib.

"Ayaks"ın kapitanı Matteys de Liqtdən imtina edən Fransa çempionu müdafiənin mərkəzini Bonuççi ilə gücləndirmək fikrinə düşüb. De Liqtin "Yuventus"a keçəcəyi təqdirdə əsas heyət şansını itirəcək Bonuççi də bu keçidin əleyhinə deyil. üstəlik, Daniel Ruqani də turinlilərin yeni baş məşqçisi Mauritsio Sarrinin sevimli oyunçularındandı. Hansı ki, Ruqani "Empoli"də olarkən Sarrinin rəhbərliyi altında çıxış edib.

Qeyd edək ki, Leonardo Bonuççi ötən mövsüm A seriyasında 29 matçda 3 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest