Hücumçusu Kilian Mbappeni uzun müddət komandada saxlamağı planlaşdıran PSJ ona yeni müqavilə təklif edib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc forvardın cavabı mənfi olub.

Klub prezidenti Nasser əl-Xelaifi ilə görüşən Fransa millisinin üzvü yeni müqavilə təklifini rədd edib. O, karyerasını başqa klubda davam etdirmək niyyətindədi. PSJ müqavilə müddəti 2022-ci ilə qədər olan oyunçusunu gələn yay sata bilər. Onun uğrunda mübarizədə "Real" əsas favoritdi.

Qeyd edək ki, ötən mövsüm 43 matçda iştirak edən Kilian Mbappe 39 qol, 17 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest