Moldova kubokunda 1/8 final mərhələsinin iki görüşünün vaxtı dəyişdirilib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, "Petrokub" və "Sperantsa"nın rəqibləri ilə cavab qarşılaşması öncədən təyin edilən vaxtda keçirilməyəcək.

Oyunlar 6-7 iyul tarixində olmalı idi. Lakin hər iki komandanın avrokuboklardakı iştirakına görə, həm "Tiqina" - "Petrokub", həm də "Sperantsa" (Nisporeni) - "Sperantsa" (Drokiya) görüşü gələn ayın 5-də keçiriləcək.

"Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Nisporeni "Sperantsa"sı Moldova kubokunun 1/8 final mərhələsinin ilk oyununda 6:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Neftçi" ilə "Sperantsa" arasında oyunlar iyulun 11-də və 18-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest