"Milan" Avropa Liqasından kənarlaşdırılıb. Buna səbəb "rossonyerlər"in Maliyyə Feyr-Pley qaydalarını pozmasıdı. CAS-la UEFA arasında aparılan danışıqların yekununda "Milan"ın növbəti mövsüm avrokuboklardan kənarda qalması razılaşdırılıb.

"Milan" Avropa Liqasından kənarlaşdırılıb. Matc.az xəbər verir ki, bu barədə İdman Arbitraj Məhkəməsi (CAS) qərar verib.

Buna səbəb "rossonyerlər"in Maliyyə Feyr-Pley qaydalarını pozmasıdı. Qurumla UEFA arasında aparılan danışıqların yekununda "Milan"ın növbəti mövsüm avrokuboklardan kənarda qalması razılaşdırılıb. Bu müddət ərzində İtaliya təmsilçisi mübahisəli məsələləri yoluna qoymalıdı.

"Milan"ı Avropa Liqasında "Torino" əvəz edəcək. "Roma" isə birbaşa turnirin qrup mərhələsindən başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest