"Real"ın müdafiəçisi Teo Ernandes İtaliyaya köçməyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 22 yaşlı cinah oyunçusu "Milan"la anlaşıb.

Klublar arasında danışıqlar da müsbət nəticələnmək üzrədi. İlkin razılığa görə, "Milan" Teonu icarəyə götürəcək. "Rossonyerlər" onun çıxışından məmnun qalarsa, gələn ilin yayında 20 milyon avroya birdəfəlik transfer etmək hüququna malik olacaq.

Hər şey gözlənildiyi kimi cərəyan etsə, futbolçu gələn il "Milan"la 4 illik müqavilə bağlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest