Azərbaycan millisinin hücumçusu Renat Dadaşovla bağlı yeni iddia ortaya atılıb. Matc.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, "Eştoril"in forvardı "Benfika"nın maraq dairəsindədi.

Hələ ötən ildən 20 yaşlı forvardı izləyən Lissabon təmsilçisi onu transfer etməyi planlaşdırır. Portuqaliya klubunun rəsmiləri Renatı gələcəyə yatırım kimi görürlər və onu alaraq, yetişdirmək istəyirlər.

Transfer dəyəri 200 min avro kimi dəyərləndirilən Dadaşovu "Benfika"nın transfer edərək uzunmüddətli müqavilə bağlayıb, yenidən icarəyə verməsi də istisna edilmir.

Qeyd edək ki, Renat Dadaşovun "Eştoril"lə müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest