Heyətində ciddi dəyişikliklərə əl atan "Atletiko" transfer çalışmalarını davam etdirir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Madrid klubu indi də "Real"ın yarımmüdafiəçisi Hames Rodrigesə göz dikib.

Baş məşqçi Dieqo Simeone kolumbiyalı orta sahə oyunçusunun onları gücləndirəcəyini düşünür. "Atletiko" bu keçidi reallaşdırmaq üçün hətta yarımmüdafiəçisi Vitolo və hücumçusu Anxel Korreanı satmağa da hazırdı.

Son iki mövsümü icarə əsasında "Bavariya"da keçirmiş Hamesi "Real" da transferə çıxarıb və bu keçiddən 55 milyon avro gəlir götürmək niyyətindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest