"Qarabağ"ın uzun müddətdir transfer gündəmində olan Hendrik Eksteyn karyerasını Azərbaycanda davam etdirəcək. Matc.az-ın soccerladuma.co.za saytına istinadən məlumatına görə, "Kayzer çifs"in sabiq yarımmüdafiəçisi Ağdam klubu ilə deyil, "Sabah"la anlaşıb.

Mənbənin yaydığı xəbərdə 28 yaşlı orta sahə oyunçusunun bakılılarla müqavilə bağladığı vurğulanıb: "Orlando Pirates", "Kape Taun" kimi klublardan təklif almasına baxmayaraq, Eksteyn Azərbaycan klubu ilə anlaşdı. O, bakılılarla artıq müqavilə bağlayıb. Bu gün yeni komandasının düşərgəsinə qoşulacaq və keçid rəsmiləşəcək".

Qeyd edək ki, apreldə "Kayzer çifs"lə yollarını ayıran Hendrik Eksteyn azad agent statusu daşıyır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest