"Lids"in hücumçusu Cek Klark gələn mövsümdən Premyer Liqada çıxış edəcək. Matc.az saytının "Daily Mail"ə istinadən məlumatına görə, 19 yaşlı forvard "Tottenhem"lə anlaşıb.

Klublar danışıqların son mərhələsindədi. İlkin razılığa əsasən, bu keçid londonlulara 9,5 milyon avro başa gələcək. "Tottenhem"in baş məşqçisi Mauritsio Poçettino Klarkın böyük istedada malik olduğunu düşünür. İngiltərəli oyunçu "Tottenhem"in son il yarımda ilk transferi olacaq.

Qeyd edək ki, Cek Klark ötən mövsüm çempionşipdə 24 oyun keçirib, 2 qol, 2 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest