Argentina yığmasının və "Barselona"nın kapitanı Lionel Messiyə oxşarlığı ilə bütün dünyada tanınan İran vətəndaşı Reza Parasteş şok ittihamla üz-üzə qalıb. Parasteş ölkəsində 23 qadını aldatmaqda günahlandırılıb.

Argentina yığmasının və "Barselona"nın kapitanı Lionel Messiyə oxşarlığı ilə bütün dünyada tanınan İran vətəndaşı Reza Parasteş şok ittihamla üz-üzə qalıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Parasteş ölkəsində 23 qadını aldatmaqda günahlandırılıb.

İddiaya görə, o, özünü 23 qadına Messi kimi təqdim edib və onlarla birlikdə olub. Nəticədə həmin qadınlar "saxta Messi"dən şikayətçi olublar. Lakin Messinin oxşarı bu xəbəri təkzib edib.

O, hətta məlumatı yayanları məhkəməyə verəcəyini söyləyib: "Bu xəbər doğru olsaydı, indi həbsdə olardım. Bunu yayanlar məhkəmə qarşısında cavab verəcək".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest