UEFA bu gün klubların reytinq cədvəlində dəyişiklik edib. Matc.az saytının məlumatına görə, "Araz"ın bir müddət əvvəl yeni mövsümə əsas mərhələnin B yolunda başlayacağı haqda yarışın vikipediyasında məlumat yerləşdirilsə də, bu gün rəsmi saytda açıqlanan yeni reytinq cədvəlinə əsasən təmsilçimiz A yolunda yarışacaq.

Buna səbəb bəzi ölkələrin çempionlarının reytinq cədvəlində "Araz"dan geriyə düşməsidir. Beləliklə təmsilçimiz reytinq cədvəlində 12.500 xalla 10-cü sırada yer alıb ki, bu da A yolunda mübarizə aparmaq deməkdir.

A yolunda aşağıdakı komandalar mübarizə aparacaq.

"Sportinq" (Portuqaliya) – son qalib

1. "Barça" (İspaniya)

2. "Kayrat" (Qazaxıstan)

3. "Benfika" (Portuqaliya)

4. "Mursiya" (İspaniya)

5. "Ekonomaç" (Serbiya)

6. "Halle Gooik" (Belçika)

7. "Ayat" (Qazaxıstan)

8. "Tümen" (Rusiya)

9. KPRF (Rusiya)

10. "ARAZ" (AZƏRBAYCAN)

11. "Doboveç" (Sloveniya)...

...16. "Berettyoujfalu" (Macarıstan)

17. "Xerson" (Ukrayna)

18. "Vytis" (Litva)

19. "Mostar" (Bosniya və Herseqovina)

Bu 16 komanda hər birində 4 iştirakçı olmaqla 4 qrupda mübarizə aparacaq. Burada yer alan komandalardan ilk 12-si ən yüksək reytinqə malik olduğuna görə, elit-raunda hər bir qrupdan 3 komanda vəsiqə qazanacq. Bir sözlə, ancaq qrup sonuncuları mübarizəni dayandıracaq.  

Bu mərhələnin oyunları 8-13 oktyabr tarixlərində keçiriləcək. Püşk isə iyulun 4-də atılacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest