"Derbi" rəhbərliyi baş məşqçi Frenk Lempardın "çelsi" ilə danışıq aparmasına icazə verib. Matc.az xəbər verir ki, bu məlumatı çempionşip təmsilçisi rəsmi saytı vasitəsilə yayıb.

Bildirilib ki, gənc mütəxəssisin "çelsi" ilə danışıq aparmasına icazə verilib: "ümid edirik ki, "çelsi" mövsüm öncəsi hazırlığı nəzərə alaraq, danışıqları qısa müddətdə yekunlaşdıracaq".

Qeyd edək ki, Frenk Lempardın "çelsi" ilə 3 illik müqavilə imzalaması gözlənilir. Ona güclü kollektiv formalaşdırmaq üçün 2 il vaxt veriləcək. Bu keçid "Derbi"yə 4 milyon funt-sterlinq təzminat qazandıracaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest