PSJ-nin yarımmüdafiəçisi Adrien Rabyonun yeni klubu müəyyənləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Fransa millisinin üzvü yeni mövsümdən "Yuventus"un formasını geyinəcək.

Ulduz futbolçu "qoca sinyora" rəhbərliyi ilə bu gün son dəfə bir araya gələcək və müqavilə məsələsində anlaşma əldə ediləcək. "Yuve" onu iyulun 1-də təqdim etməyi planlaşdırır. çünki Rabyo məhz həmin gündən etibarən azad agent statusuna malik olacaq.

Orta sahə oyunçusunun Turin təmsilçisində illik məvacibi 7 milyon avro təşkil edəcək. Futbolçu eyni zamanda 10 milyon avro müqavilə haqqı alacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest