Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" bir günlük istirahətdən sonra məşqlərini bərap edib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Ağdam təmsilçisi dünəni iki məşqlə başa vurub.

Günün ilk məşqi Bakı vaxtı ilə 13:00-da start götürüb və təxminən 90 dəqiqə davam edib. Bu məşqdə futbolçular fiziki təmrinləri yerinə yetirib. Hazırlıq topu çalışmalarla başa çatıb.

Günün ikinci çalışmasına komanda "kvadrat"la başlayıb. Daha sonra taktiki çalışmaları yerinə yetirən futbolçular ikitərəfli oyunla məşqi başa vurub. Yeni transfer Xayme Romero da dünən komandayla məşqlərə qoşulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest