Avropa Liqasına hazırlığını Bolqarıstanda davam etdirən "Səbail" bu gün növbəti sınağına çıxacaq. Paytaxt təmsilçisi yenə ev sahibləri ilə üz-üzə gələcək. Aftandil Hacıyevin yetirmələrinin budəfəki rəqibi "Beroe" olacaq.

Avropa Liqasına hazırlığını Bolqarıstanda davam etdirən "Səbail" bu gün növbəti sınağına çıxıb. Matc.az saytının məlumatına görə, paytaxt təmsilçisi yenə ev sahibləri ilə üz-üzə gəlib.

İyunun 21-də Plovdiv "Lokomotiv"inə uduzan (0:1) Aftandil Hacıyevin yetirmələrinin budəfəki rəqibi "Beroe" olacaq. Bansko şəhərindəki matç Bakı klubunun darmadağını ilə yekunlaşıb - 0:4.

Qeyd edək ki, "Səbail" toplanış çərçivəsində həmçinin "Klinçeni" (Rumıniya - 28 iyun) və "FK Makedoniya" (Makedoniya - 1 iyul) ilə qarşılaşacaq.

 

Yoxlama görüşü

25 iyun

"Səbail" - "Beroe" (Bolqarıstan) - 0:4

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest