Braziliya millisinin müdafiəçisi Dani Alveş karyerasını Türkiyədə davam etdirə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "sambaçı" "Fənərbaxça"nın maraq dairəsinə düşüb.

PSJ ilə yollarını ayıran 36 yaşlı cinah oyunçusu İstanbul nəhənginə azad agent kimi keçə bilər. Paris klubundan ayrıldğını açıqlayan Alveş yeni macəra axtarışında olduğunu bildirib. O, özünü hətta sabiq komandası "Barselona"ya təklif etmiş, lakin müsbət cavab almamışdı.

Qeyd edək ki, Dani Alveş PSJ-yə 2017-ci ildə "Yuventus"dan keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest