"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi "Partizani" transfer çalışmalarını davam etdirir. Tirana təmsilçisi indi də hücum xəttini gücləndirməyə hazırlaşır. "Astra"nın ön xətt oyunçusu Azdren Llullaku ölkəsi Albaniyaya dönmək üzrədi.

"Qarabağ"ın çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi "Partizani" transfer çalışmalarını davam etdirir. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, Tirana təmsilçisi indi də hücum xəttini gücləndirməyə hazırlaşır.

Belə ki, "Astra"nın ön xətt oyunçusu Azdren Llullaku ölkəsi Albaniyaya dönmək üzrədi. Albaniya millisinin üzvü ölkə çempionu ilə ilkin razılığa gəlib. "Partizani" indi 31 yaşlı forvardın Rumıniya  təmsilçisi ilə müqaviləsinə xitam verilməsini gözləyir. Futbolçu özü də çempionlar Liqasında iştirak etdiyi üçün "Partizani"yə keçməkdə maraqlı olduğunu gizlətməyib.

Qeyd edək ki, Azdren Llullaku Rumıniya ilə yanaşı, İtaliya və Qazaxıstanda da legioner həyatı yaşayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest