"çelsi" yeni baş məşqçisini təqdim etməyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "zadəganlar" Mauritsio Sarrinin gedişindən sonra boşalan baş məşqçi postuna Frenk Lempardı gətirəcək.

London təmsilçisi "Derbi" ilə artıq təzminatla bağlı razılığa gəlib. "çelsi" buna görə, çempionşip təmsilçisinə 4,5 milyon funt-sterlinq ödəyəcək. Lempardın təyinatının isə qarşıdakı iki gün ərzində açıqlanması gözlənilir.

Qeyd edək ki, məşqçiliyə ötən il başlayan 40 yaşlı Frenk Lempardın debüt mövsümündə "Derbi" Premyer Liqaya vəsiqəyə yaxın olsa da, komanda pley-offda məğlub olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest