İspaniya Sequndasında pley-off oyunlarına yekun vurulub. Matc.az saytının məlumatına görə, bununla La Liqaya vəsiqə qazanan son klub müəyyənləşib.
Finalda "Malyorka" ilə "Deportivo" üz-üzə gəlib. La Koruniya təmsilçisi ilk görüşdə 2:0 hesablı qələbə qazanmasına baxmayaraq, bu üstünlüyünü qoruya bilməyib. Doğma azarkeşləri önündə rəqib qapısından 3 cavabsız top keçirən "Malyorka" ümumi hesabda 3:2 qalib gəlib və 6 ildən sonra La Liqaya qayıdıb.
Qeyd edək ki, Sequndadan La Liqaya yüksələn digər komandalar "Osasuna" və "Qranada"dı.