Avrokubokların qrup mərhələsinin III turundan sonra klubların UEFA reytinqi açıqlanıb. Matç.az saytı xəbər verir ki, çempionlar Liqasının 16, Avropa Liqasının 24 qarşılaşması siyahıda bəzi dəyişikliklərə səbəb olub.

İlk "yüzlük"dəki yeganə klubumuz, Azərbaycan çempionu "Qarabağ"ın mövqeyi dəyişməz qalıb. Avropa Liqasının ev qarşılaşmasında "Vorskla"ya 0:1 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri xal hesabını artıra bilməyib.

Aktivində 22,000 xal olan komanda "Lester" (İngiltərə) və "Feyenoord"la (Hollandiya) şərikli 63-cü sırada qalıb.

Hesabat turunda qələbə qazanan Zaqreb "Dinamo"su, "Valensiya" və "Genk" "Qarabağ"a yaxınlaşıb. Sonuncu iki komanda təmsilçimizdən 2,000 xal geridədisə, Xorvatiya çempionu "Qalatasaray"a çatıb. "Qarabağ"ın ən yaxın izləyicisi olan bu iki klubla fərq 0,500 xaldır.

Digər Azərbaycan klublarından "Qəbələ" 163-cü sıraya şərik qalıb. Oyunlardan öncə 279-cu yeri bölüşən "Neftçi", "Zirə", "Keşlə" və "Kəpəz" isə 5 pillə geriləyib. Buna Qazaxıstan təmsilçiləri "Tobol", "İrtış", "Ordabası", "Şaxtyor" və "Aktobe"nin onları keçməsi səbəb olub.

İlk "onluq"

1. "Real" (İspaniya) – 135,000

2. "Barselona" (İspaniya) – 118,000

3. "Bavariya" (Almaniya) – 117,000

4. "Atletiko" (İspaniya) – 115,000

5. "Yuventus" (İtaliya) – 113,000

6. "Sevilya" (İspaniya) – 95,000

7. PSJ (Fransa) – 91,000

8. "Mançester Siti" (İngiltərə) – 89,000

9. "Arsenal" (İngiltərə) – 81,000

10. "Porto" (Portuqaliya) – 79,000

 

"Qarabağ"ın rəqibləri

9. "Arsenal" (İngiltərə) – 81,000

34. "Sportinq" (Portuqaliya) – 44,000

141. "Vorskla" (Ukrayna) – 7,340

 

"Qarabağ" və qonşuları

57-58. "İnter" (İtaliya) – 24,000

"Dnepr" (Ukrayna) – 24,000

59. PAOK (Yunanıstan) – 23,500

60-61. "Styaua" (Rumıniya) – 23,000

"Sent-Etyenn" (Fransa) – 23,000

62. BATE (Belarus) – 22,500

63-65. "Qarabağ" (Azərbaycan) – 22,000

"Feyenoord" (Hollandiya) – 22,000

"Lester" (İngiltərə) – 22,000

66-67. "Qalatasaray" (Türkiyə) – 21,500

"Dinamo" (Zaqreb, Xorvatiya) – 21,500

67. "Leypsiq" (Almaniya) – 21,000

68-69. "Valensiya" (İspaniya) – 20,000

"Genk" (Belçika) – 20,000

Digər Azərbaycan klubları

163-164. "Qəbələ" (Azərbaycan) – 6,250

284-287. "Keşlə" (Azərbaycan) – 3,700

"Neftçi" (Azərbaycan) – 3,700

"Zirə" (Azərbaycan) – 3,700

"Kəpəz" (Azərbaycan) – 3,700

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest