"Betis"in müdafiəçisi Xunior Firpo karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Premyer Liqanın iki nəhəng klubu 22 yaşlı futbolçunun xidmətində maraqlıdı.

Belə ki, əzəli rəqiblər "Liverpul" və "Mançester Yunayted" bu keçid uğurunda mübarizə aparır. Xüsusən də, "qırmızılar" bir addım öndə göstərilir. Baş məşqçi Yurgen Klopp sol cinah müdafiəçisini mütləq komandada görmək istəyir. O, İspaniya gənclər millisinin üzvünün Endryu Robertsona layiqli əvəzləyici olacağını düşünür. Futbolçunun transfer qiyməti 50 milyon avroya bərabərdi. "Mersisaydlılar" bu məbləği ödəməyə hazırdı.

Qeyd edək ki, Xunior Firpo ötən mövsüm La Liqada 24 matçda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest