"Benfika"nın vingeri Joao Feliks daha bir klubun maraq dairəsinə düşüb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Atletiko"dan sonra Madridin digər klubu "Real" da gənc futbolçunu "qaralayıb".

Lakin "kral klubu"nun təklifi portuqaliyalıların ürəyincə olmayıb. Belə ki, "Real" 80 milyon avro nəğd və 50 milyonluq bonusla 20 yaşlı oyunçunu almaq niyyətində olub. Ancaq "Benfika" rəhbərliyi bundan imtina edib.

Feliksin tezliklə "Atletiko"ya keçməsi gözlənilir. çünki madridlilər futbolçunun sərbəst qalma məbləği olan 120 milyon avronu ödəməyə razı olublar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest