Rusiya mətbuatı azad agent statusu daşıyan ən məşhur yerli futbolçularla bağlı məqalə dərc edib. Matc.az saytı xəbər verir ki, 11 nəfərlik siyahıya yaşı 30-dan çox olan oyunçular salınıb.

Onlardan biri Azərbaycan üçün yad sima deyil. Belə ki, vaxtilə millimizdə oynamaq imkanı yaranmış, lakin sonradan Rusiya yığmasını seçmiş Aleksandr Səmədov hazırda azad agent statusunu daşıyır. ötən il dünya çempionatında Rusiya yığmasının aparıcı oyunçularından olan 34 yaşlı yarımmüdafiəçi "Spartak"ı "Krılya Sovetov"a dəyişmişdi.

Samara klubundakı 1 illik macəranın ardından Səmədovun müqavilə müddəti başa çatıb. Rusiyalı həmkarlarımız futbolçunun iki seçim imkanının olduğunu vurğulayıb. Bunlardan biri "Krılya Sovetov"la yeni müqavilə bağlamaq, digəri isə Azərbaycana köçməkdi. Belə ki, onunla Azərbaycan klublarının maraqlandığı vurğulanıb.

Qeyd edək ki, hazırda havayı olan digər məşhur rusiyalılar Aleksandr Buxarov, Denis Qluşakov, Soslan Canayev, Vladislav İqnatyev, Dmitri Kombarov, Fyodr Kudryaşov, Roman Noyştedter, Sergey Parşivlyuk, Dmitri Tarasov və Dmitri Torbinskidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest